“Komandam qələbəyə layiq idi”
“Bu gün Azərbaycan futbolu qalib gəldi. Son vaxtlar heç bir oyunda bu qədər azarkeş olmurdu. Buna görə də hər iki komandanın fanatlarına təşəkkür edirəm”.
Olimpsport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis ölkə kubokunun finalında “Neftçi”ni 1:0 hesabı ilə məğlub etdikləri görüş barədə bunları söyləyib: “Dünən də demişdim ki, bu, mövsümdəki ən ağır oyunumuz olacaq. Elə də oldu. Çox əziyyət çəkdik. Komandam qələbəyə layiq idi. “Neftçi” haqda da eyni sözləri demək olar. Onlara gələcəkdə uğurlar arzulayıram. “Neftçi”nin əsası gənclərdən qurulub. Kuboku qazanmağımız münasibəti ilə oynçularımızı, rəhbərliyimizi təbrik edirəm. Bu gün qələbə qazanmaq qismətimizdə idi”