Qara Qarayev: “Qələbə “Qarabağ”ın haqqı idi”

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev ölkə kubokunu qazanmaları haqda danışıb.

Olimpsport.az saytının məlumatına görə, “Neftçi”ni 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra açıqlamasında Qarayev qələbəyə layiq olduqlarını qeyd edib:

“Çox çətin oyun olsa da, istəyimizə çatdıq. Mövsümün əvvəlindən planımız bu idi. Stadionda möhtəşəm atmosfer var idi. Arenaya xeyli azarkeş toplaşmışdı. Finala layiq oyun oldu. Bu uğurda pay sahibi olanlara minnətdaram. Azarkeşlərimizə təşəkkür edirəm. Oyunda hesabı çxo tez aça bilərdik. Amma bəzi epizodları qaçırdıq. Qələbə bizim haqqımız idi”.