Rövnəq Abdullayev “Qarabağ”ın qələbəsi haqda: “Nəticə oyuna görə oldu”
AFFA prezidenti Rövnəq Abdullayev “Qarabağ”ın ölkə kubokunu qazanması haqda danışıb.
Olimpsport.az saytının məlumatına görə, finaldan sonra “CBC-Sport”a açıqlama verən R. Abdullayev Ağdam klubunun qələbəyə layiq olduğunu vurğulayıb: “Oyun əla keçdi. Çox maraqlı qarşılaşma idi. Bir qədər üstünlük “Qarabağ”ın tərəfində idi. “Neftçi” də yaxşı mübarizə apardı. Nəticə oyuna görə oldu”.