""Bir futbol klubunun tamamı təyyarə qəzasında öləcək" - Braziliyalı öncəgörücü

Braziliyanın "Şapekoense" klubunu daşıyan təyyarənin qəzaya uğraması ilə bağlı ilginc bir məqam üzə çıxıb. Olimpsport.az xəbər verir ki, "DÇ-2014"də Braziliyanın Almaniyaya 1:7 hesabı ilə yeniləcəyini, Neymarın bu turnirdə ciddi zədə alacağını əvvəlcədən deyən öncəgörücü Karlinyos təyyarə qəzasını da proqnozlaşdırıbmış.

 

Mart ayında dediyi öncəgörmələri sosial mediada yayılan Karlinyos "Bir futbol klubunun tamamı təyyarə qəzasında öləcək. Bunu bir yerə yazın, hadisə qarşıdakı 1,5 il ərzində baş verəcək" deyib.(Fanat.az)