İngiltərə millisinin yeni baş məşqçisi müəyyənləşdi
İngiltərə millisinin yeni baş məşqçisi müəyyənləşib. Olimpsport.az xəbər verir ki, İngiltərə Futbol Asossiasiyası yığmanınbaş məşqçi postuna Qaret Sautqeyti təyin edib.
Bu barədə asossiasiyanın rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 46 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb. O, sentyabr ayında istefaya göndərilən Sem Ellardaysdan sonra bu vəzifəni müvəqqəti icra edirdi.
Qeyd edək ki, futbolçu karyerası ərzində "Kristal Palas", "Midlsbro" və "Aston Villa" klublarında oynamış Qaret Sautqeyt 1995-2004-cü illərdə İngiltərə millisində 57 oyun keçirərək 2 qol vurub. 2006-cı ildə məşqçiliyə başlayıb və 3 il "Midlsbro"ya başçılıq edib. 2013-cü ildən isə İngiltərə U-21-inin baş məşqçisi idi.