Rəşad Sadıqov: “Əsl finala layiq oyun idi”
“Kuboku qazandığımız üçün təəssüratlarım çox xoşdur. Heç çempion olanda bu qədər sevinəmişdim. Çünki çempionat uzun marafondur və çempıonluğu daha əvvəl təmin etmişdik. Rəqiblərlə xasl fərqi çox idi. Final isə yalnız 1 oyundan ibarətdir”.
Olimpsport.az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.
Ölkə kubokunun finalında “Neftçi”ni 1:0 hesabı ilə üstələyən “Qarabağ” ardıcıl ikinci il “Qızıl dubl”unu rəsmiləşdirib.
Rəşad Sadıqov vurğulayıb ki, həlledici oyunda “Neftçi” də yaxşı mübarizə aparıb: “Meydanda 120 dəqiqə gərgin mübarizə getdi. Əsl finala layiq oyun idi. “Neftçi” təslim olmaq istəmirdi. Aqil Məmmədov möhtəşəmn oynadı. Amma sonda istəyimizə çatdıq”.