İngiltərə Federasiya Kubokunda yarımfinal cütlükləri bəllidi

İngiltərə Federasiya Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Olimpsport.az xəbər verir ki, bu mərhələnin yeganə sürprizi “Arsenal”ın mübarizəni dayandırması olub.

 

“Topçular” öz meydanlarında “Sauthempton”la bacarmayıblar. Son görüşdə isə “Mançester Yunayted” “Vest Hem” üzərində böyük hesablı qələbə qazanıb.

 

Federasiya Kubokunda yarımfinal cütləri də artıq bəlli olub. Final yolundakı son matçlarda “Mançester Yunayted” “Hall Siti” ilə, “Liverpul” isə “Sauthempton”la münasibətlərinə aydınlıq gətirəcək.

 

 

İngiltərə Federasiya Kuboku

1/4 final mərhələsi

 

“Arsenal” – “Sauthempton” – 0:2

Qollar: Kleysi, 13; Bertrand, 38

 

“Mançester Yunayted” – “Vest Hem” – 4:1

Qollar: İbrahimoviç, 2, 90+3; Martial, 48, 62 – Fletçer, 35