43 illik tarix, son səfər...
Kolumbiyadakı təyyarə qəzasında əksər üzvləri həlak olan Braziliyanın "Şapekoense" klubu ilə bağlı maraqlı məlumatlar yayılmaqda davam edir. Olimpsport.az onlardan bəzilərini təqdim edir.
43 illik tarix, son səfər...
"Şapekoense" son illərdə göstərdiyi performansla Braziliyanın yüksələn dəyəri olaraq diqqəti çəkirdi. Təxminən 200 min nəfərin yahşadığı Şapeko şəhərinin komandası 2009-cü ildə 4-cü liqada ( D Seriyası) mübarizə apardığı halda 2014-cü ildə A Seriyasına yüksəlmişdi. 43 illik tarixində ən yaxşı mövsümünü keçirən komanda Cənubi Amerikanın ikinci dərəcəli klub turnirini olan Cənubi Amerika Kubokunun (Sudamericana) finalına yüksəlmişdi. Bu bu oyun üçün Kolumbiyaya yollanan "Şapekoense"nin əksər üzvləri son səfərinə çıxmış oldu.
1 həftə öncə ata olacağını öyrəndi...
Komandanın 22 yaşlı forvardı Tyaqo da Roşa Vieyra qəzadan cəmi 1 həftə öncə ata olacağını öyrənmişdi. Amma Braziliya futbolunun gələcək vəd edən yetirməsi atalıq sevinciniyaşamadan həyata vida etməli oldu.
Biri pasportunu unutdu, digəri zədəli idi...
"Şapekoense"nin baş məşqçisi Kayo Juniorun oğlu Mateus Saroli pasportunu unutduğu üçün ölümdən qurtuldu. Atasını itirən Saroli bu səbəbdən təyyarəyə minə bilməmişdi.
Komandanın argentinalı forvard Alexandro Martinukkio isə zədəli olduğu üçün səfərə çıxa bilməmişdi. 28 yaşlı futbolçu Kolumbiya mətbuatına açıqlamasında qəza xəbərini səhər yuxudan oyandıqdan sonra oxuduğunu bildirərək komanda yoldaşlarını itirdiyi üçün çox acı çəkdiyni deyib.
3 futbolçu həyatda qaldı...
81 nəfərin olduğu təyyarədə 6 nəfərin sağ qaldığı bildirilir. Qapıçı Cekson Follmann, müdafiəçi Helio Zampyer Neto və yarımmüdafiəçi Alan Ruşçelin qəzadan sağ çıxan futbolçular olduğu deyilir.
Sağ qalanlar arasında vəziyyəti ən ağır olan Follmann bir ayağını itirib. Beləliklə, o bir daha futbol oynaya bilməyəcək.
Milli komandalarda oynayan az sayda futbolçusu olan "Şapekoense"də Avropa təcrübəsinə sahib Kleber Santana da çıxış edirdi. Qəzada həlak olan Santana İspaniyanın "Atletiko" və "Malyorka" klublarında oynayıb.
"Atletiko Nasional"dan və Braziliya klublarından jest
Kolumbiyanın "Atletiko Nasional" klubu Cənubi Amerika Kubokunun finaldakı rəqibi "Şapekoense"yə verilməsi üçün Cənubi Amerika Futbol Konfederasiyasına (CONMEBOL) müraciət edib. Bununla da klub futbolsevərlərin sevgisini qazanıb.
Braziliya klubları isə çempionatdakı rəqiblərinə başqa formada jest edib. Onlar futbolçularının "Şapekoense" pulsuz icarəyə verilməsi üçün Braziliya Futbol Federasiyasına təklif göndərib. Həmçinin klublar "Şapekoense"nin 3 il ərzində hansı nəticəni qazanmasından aslı olmayaraq aşağı liqaya düşməməsini istəyir. (Fanat.az)