Tahir Gözəl: “Neftçi” müdafiədə divar hörmüşdü”
“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl ölkə kubokunun finalında “Neftçi”ni məğlub etdikləri matçdan sonra brifinq keçirib. Olimpsport.az saytının əməkdaşının da suallarını cavablandıran T. Gözəlin müsahibəsini təqdim edirik:
- “Qarabağ” kubokun finalında “Neftçi”ni 1:0 hesabı ilə məğlub etdi. Qarşılaşma haqda nə deyə bilərsiz?
- Çox maraqlı oyun. “Neftçi” müdafiə futbolu sərgilədi. 120 dəqiqə ərzində çox həyəcanlandıq. Yekunda istəyimizə çatdıq. Ardıcıl 2-ci dəfə “Qızıl dubl” etmək bizim üçün şərəfdir böyük uğurdur. Bundan sonrakl məqsədimiz Avropada Azərbaycanı, Qarabağı layiqincə təmsil etməkdir.
- Qolun əlavə vaxtda vurulmasının səbəbini nədə görürsüz?
- Qol vurmaq üçün çox şanslarımız oldu. Mən 7 epizod saydım. Amma həmin şansları dəyərləndirə bilmədik. Qol vurmaq elə də asan deyildi. “Neftçi” müdafiədə divar hörmüşdü.
- Sona yaxın penaltilərə hazırlaşırdınız?
- Bəli, artıq hazırlaşırdıq. Rəqibin qapıçısını təbrik etmək istəyirəm. Aqil Məmmədov bu gün çox gözəl çıxış etdi. Möhtəşəm oyun keçdi. “Qarabağ” qələbəyə layiq idi.
- Hakimlərin idarəçiliyi sizi qane etdi?
- 1 epizod penaltiyə oxşayırdı. Üstəlik, “Neftçi”nin oyunçuları çox vaxt aparırdılar. Amma belə məqamlarda da dəqiq bilmək olmur ki, zədəsi doğurdan var, ya vaxt aparır. Ümumi götürdükdə, hakimlərdən narazıçılığım yoxdur.
- Sizcə bu gün meydanda 11 aslan var idi, yoxsa 22?
- 22. Çünki “Neftçi” sona qədər mübarizə apardı. Düzdür, müdafiə futbolu sərgiləyirdilər. Düşünürəm ki, ümidlərini
Ks-hücumlara bağlamışdılar. Lakin yenə də sona qədər rəqib mübarizə apardı. Maraqlı oyun alındı.
- Kuboku Ağdama nə vaxt aparmaq fikriniz var?
- Vaxtı hələ dəqiqləşməyib. Amma bunu mütləq edəcəyik.Bu mənim ən böyük arzumdur. Ağdamda həmçinin, əsgərlərlə də görüşmək istəyirik.
- “Qarabağ”dan super oyun gözlədiyinizi qeyd etmişdiz. Bunun üçün super transfrer görə biləcəyik?
- Transfer məsələsində sponsorlar Qurban Qurbanovun qarşısında yaşıl işıq yandırıblar. Hər şey onun istəyindən asılıdır. Amma unutmaq olmaz ki, əksər ulduz futbolçular Azərbaycan çempionatda yox, digər ölkələrdə forma geyməyi üstün tuturlar.