İlin ən yaxşı baş məşqçisi adına namizədlər açıqlandı
FİFA 2016-cı ilin ən yaxşı baş məşqçisi adına son 3 namizədin adını açıqlayıb.
Olimpsport.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, bunlar Zinəddin Zidan (“Real”), Klaudio Ranyeri ("Lester") və Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuşdur.
Qeyd edək ki, dünyanın ən yaxşı məşqçinin adı yanvarın 9-da İsveçrənin Sürix şəhərində keçiriləcək tədbirdə açıqlanacaq və qalibə xüsusi mükafat veriləcək.