Erik Ramos: “Bu, “Neftçi”dəki son oyunum idi”
“Çempionatı altıncı yerdə bitirdik. Kubokun finalında isə uduzduq. Buna görə çox təəssüflənirəm”. Olimpsport.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Erik Ramos deyib.
Ölkə kubokunun finalında “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları görüş barədə danışan paraqvaylı futbolçu “Neftçi”dən ayrıldığını qeyd edib: “4 ildir ki, buradayam. Artıq karyeranı “Neftçi”də davam etdirməyəcəyəm. Böyük ehtimalla, bu, “Neftçi”dəki son oyunum idi”.
Ramos matçın sonunda qırmızı vərəqə almasına da toxunub: “Buna görə məyus oldum. Sonda əsəblərimi cilovlaya bilmədim. İstəməzdim belə olsun. Özümü daha sakit aparmalıydım”.