“Qarabağ”da 4 yeni müqavilə RƏSMİ

Mövsümü “qızıl dubl”la başa çatdıran “Qarabağ” istirahətə buraxılıb.

Olimpsport.az saytının məlumatına görə, eyni zamanda komandada heyətlə bağlı müqavilələr də rəsmiləşib. Ağdam klubu ilə müqaviləsi başa çatan Ansi Aqolli, İlqar Qurbanov, Əfran İsmayılov, Muarem Muaremlə sözləşmələr yenilənib. Adıçəkilən futbolçular növbəti mövsümdə də “Qarabağ”ın şərəfini qoruyacaq (klub saytı).