UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub

UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub. Olimpsport.az xəbər verir ki, ilin son oyunları E, F, G və H qruplarında keçirilib.

 

E qrupunda ilk iki pillənin sahibləri “Bayer” və “Monako” öz aralarında formal matça çıxıblar. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Tottenhem” – MOİK görüşü Avropa Liqasına yollanacaq komandanı müəyyənləşdirib. İngilisləri evdə qalib gələrək hədəfə çatıblar.

 

F qrupunda “Real”la Dortmund “Borussiya”sı “Santyaqo Bernabeu”da qrup liderini müəyyən ediblər. Rəqibindən 2 xal öndə olan almanlara Madriddə heç-heçə də bəs edib - 2:2. “Legiya” isə “Sportinq”i xalsız qoyaraq Avropa Liqasında çıxış etməyə haqq qazanıb.

 

G qrupunu zirvədə tamamlayan “Lester” “Porto”nun qonağı olub. Ehtiyat qüvvəni meydana buraxan ingilislər darmadağına üzülüblər - 0:5. “Kopenhagen” isə  “Brügge”ni səfərdə məğlub edib.

 

“Yuventus” H qrupunu lider kimi başa vurub. Xal üzünə həsrət qalan Zaqreb “Dinamo”sunu qəbul edən Turin təmsilçisi rəqibinə şans verməyib. Lion” – “Sevilya” matçında isə hesab açılmayıb vəbu nəticə ispanları növbəti mərhələyə çıxarıb.

 

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

7 dekabr

 

E qrupu

“Bayer” (Almaniya) – “Monako” (Fransa) - 3:0

Qollar: Yurçenko, 30, Brandt, 48, De Sanktis, 82 (öz qapısına)

Baş hakim: Gidiminas Mazeyka (Litva)

 

“Tottenhem” (İngiltərə) – MOİK (Rusiya) - 3:1

Qollar: Alli, 38, Keyn, 45, Akinfeyev, 77 (öz qapısına) - Caqoev, 33

Baş hakim: Nikola Ritsoli (İtaliya)

 

1.

Monako

6

3

2

1

9-7

11

2.

Bayer 

6

2

4

0

8-4

10

3.

Tottenhem

6

2

1

3

6-6

7

4.

MOİK

6

0

3

3

5-11

3

 

F qrupu

“Real” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) - 2:2

Qollar: Benzema, 28, 53 - Obameyanq, 61, Roys, 87

Baş hakim: Şimon Marçinyak (Polşa)

 

“Legiya” (Polşa) – “Sportinq” (Portuqaliya) - 1:0

Qol: Gilyerme, 30

Baş hakim: Canluka Rokki (İtaliya)

 

 

1.

Borussiya D. 

6

4

2

0

21-9

14

2.

Real 

6

3

3

0

16-10

12

3.

Legiya

6

1

1

4

9-24

4

4.

Sportinq

6

1

0

5

5-8

3

 

 

G qrupu

“Brügge” (Belçika) – “Kopenhagen” (Danimarka) - 0:2

Qollar: Meçele, 9 (öz qapısına), Yorgensen, 15

Baş hakim: Maykl Oliver (İngiltərə)

 

“Porto” (Portuqaliya) – “Lester” (İngiltərə) - 5:0

Qollar: Silva, 6, 64 (pen.), Korona, 26, Brahimi, 44, Jota, 72

Baş hakim: Feliks Zvayer (Almaniya)

 

1.

Lester 

6

4

1

1

7-6

13

2.

Porto

6

3

2

1

9-3

11

3.

Kopenhagen

6

2

3

1

7-2

9

4.

Brügge

6

0

0

6

2-14

0

 

H qrupu

“Yuventus” (İtaliya) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 2:0

Qollar: İquayn, 52, Ruqani, 73

Baş hakim: Entoni Teylor (İngiltərə)

 

“Lion” (Fransa) – “Sevilya” (İspaniya) - 0:0

Baş hakim: Yonas Eriksson (İsveç)

 

1.

Yuventus 

6

4

2

0

11-2

14

2.

Sevilya

6

3

2

1

7-3

11

3.

Lion

6

2

2

2

5-3

8

4.

Dinamo Z.

6

0

0

6

0-15

0