Arda Çempionlar Liqasının ən yaxşı oyunçusu seçildi

Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Olimpsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, azarkeşlər arasında aparılan sorğuya əsasən, "Barselona"nın  yarımmüdafiəçisi Arda Turan ən yaxşı oyunçu seçilib. O, səslərin 58 faizini toplayıb.

Qeyd edək ki, türkiyəli futbolçu Münhenqladbax “Borussiya”sı ilə oyunda (4:0) het-trik etməklə yanaşı məhsuldar ötürmə ilə də yadda qalıb.