Terror evimizin içində!
İstanbulda güclü partlayış baş verib.
Olimpsport.az xəbər verir ki, hadisə “Beşiktaş” – “Bursaspor” oyunundan az sonra “Vodafone Arena” stadionunun yaxınlığında olub.
Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər alovun söndürülməsi istiqamətində tədbirlər görüb. Yerli mətbuatda yer alan xəbərə görə, partlayış nəticəsində 20 nəfər yaralanıb, 13 nəfər isə dünyasını dəyişib.
İlkin ehtimnallara görə, hadisə daha öncə planlaşdırılıb.
Terrorun idman tədbirlərinə də əl qoyması çox üzücüdür. Təsadüfi deyilki dünən baş vermiş terrorda dünyasını dəyişən və yaralıların əksəriyyəti adı çəkilən oyunun təhlükəsizliyini yerinə yetirən polis əməkdaşları olub. Hətda yaralıların içində "Bursaspor" azarkeşi nin də olduğu bildirilir. Bu o deməkdir ki, artıq terror evimizin içinə daxil olub.Dünyada barışın sevginin ünvanı olan idmana terror etmək artıq dünyaya qarşı terror etməkdir. Çünkü idman dünyası daima sülhün,birliyin tərəfində olub. Türkiyədə baş verən bu hadisəyə görə bütün dünya öz etirazını bildirməlidir. Necə ki bir-neçə gün öncə təyyarə qəzasında həlak olan "Şapekoense" klubunun heyətinə bütün dünya yas saxladı.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.