Klublararası dünya çempionatında sonuncu yarımfinalçı bəlli olub
Klublararası dünya çempionatında sonuncu yarımfinalçı bəlli olub.
Olimpsport.az xəbər verir ki, Yaponiyada keçirilən mundialın ən güclü dördüncü komandası meydan sahibləri "Kaşima” olub.
Yapon təmsilçi CAR komandası "Mamelodi Saundaunz”u mübarizədən kənarlaşdırıb – 2:0. Onların rəqibi Kolumbiya "Atletiko Nasyonal”ıdı.
Digər yarımfinalçılar isə Meksika "Amerika”sı və Madrid "Real”ı olacaq.