"1 milyon da versələr, getmərəm" - Marius Şumidiça
Türkiyənin "Qaziantespor" klubu ilə razılaşan rumıniyalı çalışdırıı Marius Şumidiça qərarını dəyişib.
Olimpsport.az xəbər verir ki, "Astra"dan ayrılan mütəxəsis Türkiyəyə gəlməkdən imtina edib. Bu barədə məlumatı Şumidiça Rumıniya mətbuatına açıqlamasında verib. O, ötən gün İstanbulda baş verən terror aktına görə qərarını dəyişdiyini deyib:
"Türkiyəyə getmək üçün hər şey hazır idi. Biletlərim də alınmışdı. Ancaq ötən gün İstanbulda baş verən terror aktı qərarımın dəyişməsinə səbəb oldu. Bundan sonra mənə aylıq 1 milyon da versələr, Türkiyəyə getmərəm".
Qeyd edək ki, Şumidiça Türkiyədə ayına 40 min avro qazanacaqdı.