“Şapekoense”nin komadan ayılan futbolçusu hamını şok saldı
“Şapekoense”nin təyyarə qəzasından sağ qurtulan müdafiəçisi Elio Neto komadan ayılıb. Olimpsport.az xəbər verir ki, 31 yaşlı futbolçunun ilk sualı həkimləri şoka salıb.
Belə ki, Neto özünə gələn kimi, Kolumbiyadakı həkimlərdən bunları soruşub: “Oyun necə bitdi? “Atletiko Nasional” qələbə qazandı? Mən matçda zədələndim?” Bundan sonra psixoloqlarla məsləhətləşən həkimlər hələlik həqiqəti oyunçuya deməməyi qərara alıblar. Bununla bağlı açıqlama verən “Şapekoense”nin fizioterapevti futbolçunun yavaş-yavaş özünə gəldiyini söyləyib: “Yeni bir şok yaşamaması üçün baş verənlərin Netoya deyilməməsi məsləhət bilindi. Ona həqiqəti zamanla demək lazımdı”.
Qeyd edək ki, “Şapekoense” klubunu Kolumbiyaya aparan təyyarənin qəzaya uğraması nəticəsində 81 nəfərdən 77-si vəfat etmişdi.(Apasport.az)