Ramil Şeydayev "Trabzonspor"dan ayrıla bilər

Millimizin futbolçusu Ramil Şeydayev "Trabzonspor"dan ayrıla bilər.

Olimpsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Trabzon təmsilçisi 20 yaşlı hücumçunu icarəyə göndərməyə hazırlaşır.

Əvəzində klub heyətinə yeni hücumçu qatmağı planlaşdırır. "Trabzonspor"n hücum xəttini "Aston Villa"nın çexiyalı oyunçusu Libor Kozaki transfer edəcəyi iddia olunur.

Qeyd edək ki, R.Şeydayev bu ilin yayında "Zenit"dən "Trabzonspor"a transfer olunub.