Gülhüseyn Abdullayev mübarizəyə başlayır
Avtoidmandakı yeganə fəxrimiz Gülhüseyn Abdullayev artıq mübarizəyə başlayır.
O, sabah Portuqaliyada Eştoril trasında yarışa çıxacaq. Bu yazıda onun iştirak etdiyi seriya – Euroformula Open barədə qısa məlumat verəcəyik.
F-1.az xəbər verir ki, gənc sürücümüz, eyni zamanda Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi Formula1 üzrə Avropa Qran Prisinin səfirlərindən biri olan Gülhüseyn Abdullayev bu il Euroformula Open seriyasında mübarizə aparacaq. O, artıq qış testlərini arxada qoyub. 2016-cı ilin Gülhüseyn üçün uğurlu başladığını da qeyd etmək lazımdır. Təkoturacaqlı maşın yarışları seriyasında debüt edəcək həmyerlimiz bu yarışlara adaptasiya olmaq üçün Dubayda Formula Gulf 1000 seriyasına qoşulub və qələbələr qazanıb.
Gülhüseyn Euroformula Open-də Campos Racing komandasının tərkibində çıxış edəcək. Qeyd edək ki, bu komanda aşağı seriyaların demək olar ki, hamısında təmsil olunur və ən uğurlu komandalardandır. Bu il Formula1-də debüt edən indoneziyalı Rio Haryanto da məhz Campos Racing-in yetirməsidir. Komanda keçən mövsümü 2-ci yerdə başa vurub. Komandanın sürücüsü Konstantin Tereşenko da 2-ci olub.
Euroformula Open seriyasında 2016-cı il mövsümü 8 yarışdan iba
Daha çox xəbər
09-11-2025
“Araz-Naxçıvan” qalib gəldi, “Zirə” və “Turan Tovuz” isə meydanı bərabərliklə tərk etdilər
08-11-2025
Türk şərhçi “Qarabağ”ın oyuna nə dərəcədə yaxşı nəzarət etdiyini qiymətləndirdi
08-11-2025
“Misli Premyer Liqasında hər oyun gərgin keçir, bu da onu çətin çempionata çevirir” – Saşa İliç
07-11-2025
“AzMİU III Zəfər İdman Festivalı”: Şahmat yarışlarının qalibləri müəyyən olundu
06-11-2025
Azərbaycan voleybol millisi İslamiadada ardıcıl növbəti qələbəsini əldə edib
06-11-2025
"Qalatasaray" “Ayaks”ı məğlub etdi, “Kayrat” “İnter” qarşısında uduzdu – Gecənin yekunları
