Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb
Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.
Olimpsport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən rədbirdə Avropanın 16 ən güclü komandası 8 cütlük təşkil edib.
Klublar qrup mərhələsində tutduğu yerlərə görə səbətlərə bölünüb və qrup qalibləri ikinci yer sahiblərinə rəqib olub.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 2017-ci il fevralın 14-15 və 21-22-i, cavab oyunları isə martın 7-8 və 14-15-də keçiriləcək.
Çempionlar Liqası
1/8 final
"Mançester Siti" (İngiltərə) - "Monako" (Fransa)
“Real” (İspaniya) - “Napoli” (İtaliya)
“Benfika” (Portuqaliya) - “Borussiya” (Dortmund, Almaniya)
“Bavariya” (Almaniya) - “Arsenal” (İngiltərə)
“Porto” (Portuqaliya) - “Yuventus” (İtaliya)
“Bayer” (Almaniya) - “Atletiko” (İspaniya)
PSJ (Fransa) - “Barselona” (İspaniya)
“Sevilya” (İspaniya) - “Lester” (İngiltərə)