Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb

Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.

Olimpsport.az xəbər verir ki,  Bakı vaxtı ilə saat 16:00-da başlayan tədbirdə 32 komanda 16 cütlük təşkil edib.

Türkiyə təmsilçilərindən "Fənərbaxça" "Krasnodar"a (Rusiya), "Beşiktaş" "Hapoel"ə (İsrail), "Osmanlıspor" isə "Olimiakos"a (Yunanıstan) rəqib olub.

Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları 2017-ci il fevralın 16-da, cavab qarşılaşmaları isə fevralın 23-də keçiriləcək

 

Avropa Liqası, 1/16 final

“Atletik” (İspaniya) - APOEL (Kipr)

“Legiya” (Polşa) - “Ayaks” (Hollandiya)

“Anderlext” (Belçika) - “Zenit” (Rusiya)

“Astra” (Rumıniya) - “Genk” (Belçika)

“Mançester Yunayted” (İngiltərə) - “Sent-Etyen” (Fransa)

“Vilyarreal” (İspaniya) - “Roma” (İtaliya)

“Ludoqorets” (Bolqarıstan) - “Kopenhagen” (Danimarka)

“Selta” (İspaniya) - “Şaxtyor” (Ukrayna)

“Olimpiakos” (Yunanıstan) - “Osmanlıspor” (Türkiyə)

“Gent” (Belçika) - “Tottenhem” (İngiltərə)

“Rostov” (Rusiya) - “Sparta” (Çexiya)

“Krasnodar” (Rusiya) - “Fənərbaxça” (Türkiyə)

“Borussiya” (Münhenqladbax, Almaniya) - “Fiorentina” (İtaliya)

“Alkmaar” (Hollandiya) - “Lion” (Fransa)

“Hapoel” (Beyer-Şeva, İsrail) - “Beşiktaş” (Türkiyə)

PAOK (Yunanıstan) - “Şalke” (Almaniya)