YasinYaqubzadə: "Azərbaycan 1-ci divizionu bataqlığdı"
Futbol üzrə Azərbaycan 1-ci divizionunda çıxış edən "Şahdağ" futbol klubunun yarımmüdafiəçisi Yasin Yaqubzadənin Olimpsport.az-a müsahibəsi.
- Yasin, 1-ci divizionda mövsüm yekunlaşdı. Mövsüm sənin və komandan üçün necə keçdi?
- Mövsüm mənim üçün pis başladı. Birinci dövrəyə "Qaradağ"-ın heyətində başlasam da, ora yarım il demək olar ki, oynamaq imkanı qazanmadım. 2-ci dövrə Adil Mahmudov məni "Şahdağ"a dəvət etdi ki, həm onlara kömək edim, həm də oyun təcrübəm artırım. "Şahdağ" birinci dövrəni 14-cü yerdə bitirmişdi. Mən və 2-ci dövrə qoşulan uşaqlar heç bir bir maddi təmanna güdmədən komandanı az da olsa gücləndirə bildik. Liderlərdən xallar aldıq. O ki, qaldı ümümiyyətlə divizionunun səviyyəsinə. Azərbaycan 1-ci divizionu bataqlığdı. Orda heç bir futbolçu karyerasında irəliliyə bilməz. Tətbiq olunan limit isə ümümiyyətlə çox çətinlik yaradır.
- Oyunların səviyyəsi necədi?
-Oyunların səviyyəsi də elə . Əvəzedicilərdən çox az fəqlənir.
- Son vaxtlar mətbuata əsas mövzulardan biri də divizionda oyun alqı - satqısı ilə bağlıdı. Bu haqda hansısa məlumatın var?
- Qusarda biz elə şey eşitmədik, görmədik. Bizdə olmuyub elə şeylər. Kənardan biz də sizin kimi eşidirdik ki, kimlərsə hansısa çirkin işlərlə məşğul olurlar. Şəxsən mənə bir futbolçu kimi çox pisir edir belə halların olmağı. Elə işlərlə məşğul olan komandalarının heyətində oynayan futbolçular isə mənə görə oyunçu yox, oyuncaqdılar. Əgər belə bir şey varsa qarşısı alınmalıdı.
- "Şahdağ"da şərait, maddi vəziyyət necə idi?
- Biz orda qalanda inandırım sizi ki, yemək tapa bilmirdik. Futbolçular oyuna ac çıxırdılar. Sağolsun klub prezidenti Ərəstun müəllim. Əlindən gələni edirdi. Öz cibinin puluyla, borcla çalışırdı ki, komanda yaşasın. Sponsor olan "Azenko" tərəfindən heç bir dəstək olmurdu.
- Komanda növbəti mövsüm çıxışı davam etdirə biləcək?
- Mən yəqin ki, "Şahdağ"dan ayrılmalı olacam. Komanda haqqında da helə ki, qeyri - müəyyənlikdi.
-Mövsümü "Şahdağ" da bitirsən də "Qaradağ Lökbatan"da başlamışdın. Ordan ayrılmağına səbəb nə oldu?
- 2 il yarım "Qaradağ"ın heyətində oynadım. Sonradan komanda da baş məçqçi dəyişikliyi oldu.Yeni baş məşqçi Əfqan Talıbovla aramızda problemlər oldu. Futboldan iyrənmişdim.Həmin vaxt Adil Mahmudov "Şahdağ"a dəvət etdi. Razılaşdım.
- Əfqan Talıbovla problem nə idi?
- İnanın ki, bilmirəm. O, komandaya gələndə elə ən birinci mənə yaxınlaşmışdı.Olimpiya millimizdə onun rənbərliyi altında oynamışam. Dedi sənə güvənirəm. Amma sonradan səbəbsiz yerə mənimlə problemlər yaradırdı. Nə etsəm də alınmırdı, heyətə düşə bilmirdim. Cəmi bir oyun şans verdi. Yüksək səviyyədə çıxış etdim, amma bir məşqçi ki, oyunçunun üstündən xətt "çəkir" vəssalam. Otağına gedirdim ki, söhbət edim.Heç bir səbəb demirdi. Demişdi get özünü sübu elə. Elə oldu ki, "Şahdağ"ın heyətində elə ilk oyunda "Qaradağ"ı 4-1 məğlub etdik. Məncə ən böyük sübut oldu.
- "Şahdağ"dan da ayrıldığını bildirdin. Təkliflər var yeni mövsüm üçün?
- Ölkə daxili yox. Türkiyəli menecer Rasim Yıldızla müqavilə bağlamışam. O, mənim oyunlarıma baxmışdı. Təklif etdi ki, müqavilə bağlayaq. Türkiyədən bir neçə klub var. Danışıqlar gedir. İnanıram ki, real olaraq 90 faiz Türkiyədə çıxış edəcəm.
Ölkəmizdə 17 yaşlılar arasında Avropa Çempionatı keçirildi. Millimizin oyunlarını izləmisən? Azərbaycan futbolunun gələcəyi necə təsir bağışlayır?
Avropa Çempionatı ən yüksək səviyyədi artıq. Burdakı komandalar hamısı avropanının ən güclüləri idilər. Əlbəttə çox çətin idi millimiz üçün. Amma yenə də bir - iki oyunçudan başqa digərləri qanə etmədi. Nəbiyevdən başqa fərqləndirə biləcəyim olmadı. 6 türk oyunçu dəvət olunub milliyə, halbuki, Türkiyənin öz millisi yüksələ bilməmişdi bu mərhələyə. Yəni onlar yüksək səviyyəli olsaydılar elə türkiyədə qalıb öz millilərini yüksəldərdilər məncə. Mən də u-19 millimizdə oynamışam. Ən böyük məğlubiyyətimiz türkiyədə elit raundda olub ispanlara qarşı 0-4, amma öz meydanımızda belə biabırçı hesabla uduzmamışdıq.