AVRO-2020-nin 10-cu loqosu təqdim olundu

AVRO-2020-nin final mərhələsinin daha bir loqotipi təqdim olunub. Olimpsport.az xəbər verir ki, yarışa ev sahibliyi edəcək 13 ölkədən biri olan Belçikanın paytaxtı təqdimat mərasimi keçirən 10-cu şəhər olub.

 

Bütün loqolarda olduğu kimi Brüsselin rəmzində də körpü əks olunub. Bu, ölkələr və azarkeşlər arasında birliyi əks etdirir. Belçikada Sobeski körpüsü loqoya düşüb.

 

Qeyd edək ki, Brüssel qrup mərhələsinin 3, 1/8 finalın 1 oyununu qəbul edəcək.