“Trabzonspor” Ramil Şeydayevi “Neftçi”yə göndərməyə hazırdı
"Trabzonspor"da əsas heyədə düşməkdə çətinlik çəkən millimizin üzvü Ramil Şeydayev qış transfer dönəmində icarəyə verilə bilər.
Olimpsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun xidmətində maraqlı olan klublardan biri də "Neftçi"di. Qardaş ölkədən olan həmkarlarımızın yaydığı xəbərə görə, "Trabzonspor" rəhbərliyi də Şeydayevin "ağ-qaralar"a icarəyə verilməsinə müsbət yanaşır. “Qara dəniz” təmsilçisi futbolçunun təcrübə toplaması üçün belə bir addım atmaq niyyətindədi.
Qeyd edək ki, "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev “Zirə” ilə kubok oyunundan sonra verdiyi açıqlamada klubun qapılarının Şeydayevə və bütün milli üzvlərinə açıq olduğunu vurğulayıb. O bildirib ki, Şeydayev “ağ-qaralar”da oynamağa razı olsa, "Trabzonspor" rəsmiləri ilə danışıqlar apara bilərlər.
Onu da nəzərinizə çatdıraq ki, Şeydayev Super Liqa təmsilçisinin heyətində 3 rəsmi matçda meydana çıxıb və 1 qol vurmağı bacarıb.