Azərbaycanlı hakimə Türkiyədən dəvət gəldi

Çimərlik futbolu üzrə FİFA referisi Əfqan Həmzəyev Türkiyədən dəvət alıb.

Olimpsport.az saytının məlumatına görə, təcrübəli hakim 8-10 iyun tarixlərində keçiriləcək “İstanbul Cup” beynəlxalq çimərlik turnirində həm hakimlər qrupunun rəhbəri, həm də turnirin baş hakimi olacaq.

Qeyd edək ki, bu, Həmzəyevin il ərzində ölkə xaricindən aldığı sayca 7-ci dəvətdir.