"Barselona" FİFA-nın qərarına etiraz etdi

FİFA tərəfindən Madrid "Real”ına verilən transfer cəzasının yüngülləşdirilməsi "Barselona” rəhbərliyini narazı salıb. 
 
Olimpsport.az xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi vaxtilə özlərinin də analoji cəzaya məruz qaldıqlarını, lakin onlara tətbiq olunmuş sanksiyanın yüngülləşdirilmədiyini əsas gətirərək, vəkilləri ilə  İdman Arbitraj Məhkəməsindən (CAS) izahat tələb etmək qərarına gəlib.
 
Qeyd edək ki, "Real” və "Atletiko”ya  yaşı 18-dən aşağı olan futbolçuların transferində qanunsuzluğa yol verdikləri üçün FİFA tərəfindən iki mövsüm transfer qadağası qoyulmuşdu. Lakin ali futbol qurumunun "Real”ın cəzasını yüngülləşdirməsi madridlilərə yayda transferlər həyata keçirməyə imkan verəcək.