AVRO-2016: Rusiya millisinin heyətində dəyişiklik

Avropa çempionatı öncəsi Rusiya millisinin heyətində dəyişiklik edilib.

Olimpsport.az saytının məlumatına görə, zədəli İqor Denisovun əvəzinə Artur Yusupov yığmaya dəvət alıb. Qaydalara əsasən, qitə birinciliyinin startına kimi ciddi zədə alan futbolçunun əvəzinə heyətə başqa oyunçu dəvət ala bilər.