Co Hart “Liverpul”un hədəfində

“Torino”da icarə əsasında çıxış edən “Mançester Siti”nin qapıçısı Co Hart İngiltərəyə qayıda bilər. Olimpsport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı qolkiperlə “Liverpul” yaxından maraqlanır.

 

“Mersisaydlılar” qapı xəttini gücləndirmək niyyətindədilər. “Liverpul”un çalışdırıcısı Yurgen Klopp rəhbərliklə söhbətində Hartın transfer olunmasını tələb edib. “Qırmızılar” təcrübəli qolkiperin “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolaya lazım olmamağından yararlanmaq istəyirlər.

 

Qeyd edək ki, 2006-cı ildə “Mançester Siti”yə keçən Hart 2008-ci ildən İngiltərə yığmasının da formasını geyinir.