AVRO-2016: Ukrayna millisi Fransada

Avropa çempionatının daha bir iştirakçısı Fransaya çatıb.

Olimpsport.az saytının məlumatına görə, Ukrayna yığmasını Milandan gətirən təyyarə günorta saatlarında Marselə enib. Ukrayna yığmasının üzvləri avtobusla hava limanından Eks-An-Provanseyə yollanıb. Komanda qitə birinciliyində İngiltərəyə qarşı keçirəcəyi ilk oyuna məhz burada hazırlaşacaq.

Xatırladaq ki, iyunun 12-də Lilldə keçiriləcək Almaniya - Ukrayna oyunu Bakı vaxtı ilə 23:00-da start götürəcək.