Afrikada ilin ən yaxşı futbolçusu kim olacaq?
Afrikada 2016-cı ilin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub. Olimpsport.az xəbər verir ki, Afrika Futbol Federasiyası yekun “üçlüy”ü müəyyənləşdirib.
Bunlar Dortmund “Borussiya”sının qoleadoru Pyerr-Emerik Obameyanq (Qabon), “Liverpul”un hücumçusu Sadio Mane (Seneqal) və “Lester”in yarımmüdafiəçisi Riyad Mahrezdi (Əlcəzair). Qalibin adına yanvarın 5-də aydınlıq gələcək.
Həmin gün Nigeriyanın Abudje şəhərində keçiriləcək tədbirdə ilin ən yaxşı futbolçusu mükafatlandırılacaq.
mənbə:Apasport.az