Millidən qovulan məşqçi Premyer Liqa klubu ilə anlaşdı

Bu il korrupsiya əməllərinə görə İngiltərə millisindən kənarlaşdırılan Sem Ellardays özünə yeni iş yeri tapıb. Olimpsport.az xəbər verir ki, 62 yaşlı mütəxəssis İngiltərə Premyer Liqa təmsilçisi “Kristal Pelas”la anlaşıb. Bu barədə klubun saytı məlumat yayıb yayıb.

 

Hələlik müqavilənin detalları barədə heç bir məlumat verilmir.

 

Xatırladaq ki, Ellerdays transfer hüquqları üçüncü şəxslərdə olan futbolçuların İngiltərəyə transferi üçün vasitəçilik edib  rüşvət almaqda günahlandırılaraq İngiltərə millisindən qovulmuşdu.