“İnter”in sabiq qapıçısı karyerasını başa vurub
Bakının “İnter” klubunun sabiq qapıçısı Georgi Lomaya futbolçu karyerasını başa vurub.
Olimpsport.az xəbər verir ki , bu haqda 37 yaşlı futbolçu Gürcüstan mətbuatına məlumat verib. “Mənim Tbilisi “Dinamo”su ilə müqaviləm 2017-ci ilin iyulunda başa çatırdı. Amma qarşılıqlı razılaşma ilə müqaviləni erkən ləğv etdik. İndi mən futbolçu karyeramı bitirirəm. 37 yaşım var və yeni həyata başlamaq lazımdır”.
Lomaya futbol sahəsində qalmaq istədiyini, bu mövsümün sonunda B kurslarına yazılacağını deyib.
Xatırladaq ki, Gürcüstan millisinin də üzvü olmuş G.Lomaya 2009-cu ildə Kaxaber Sxadadzenin dəvəti ilə Bakı “İnter”inə gəlib. O, bu klubu 2016-cı ildə tərk edib və Tbilisi “Diinamo”suna keçib.