“Bütün Azərbaycan onun oyununa baxırdı” – Yuri Syomin
“Qəbələ”nin sabiq baş məşqçisi, hazırda Moskva “Lokomotiv”ini çalışdıran rusiyalı mütəxəssis Yuri Syomin ölkəsinin mətbuatına müsahibə verib.
Olimpsport.az xəbər verir ki, o, söhbət əsnasında “Krasnodar”ın futbolçusu Marat İzmaylovun “Qəbələ”ki çıxışından, onun vaxtilə Azərbaycanda çox sevilməsindən danışıb: “Marat İzmaylov dahidi. O, yarım il məşq etməyə-etməyə meydana çıxıb hamıdan yaxşı oynaya bilər. Krasnodar”a keçənə qədər Marat, demək olar ki, 1 il futbol oynamamışdı. Halbuki, daha əvvəlki mövsümdə oyunların 90 faizini meydanda keçirmişdi. Marat “Qəbələ” də çıxış edəndə bütün Azərbaycan onun oyununa baxırdı. İzmaylovun yaşı çox olsa da, o hələ bütün bacarığını göstərməyib. Funksional hazırlığına görə, Marat hələ çox şeyə qadirdi”.
Syomin söhbət əsnasında Azərbaycan əsilli rusiyalı futbolçu Aleksandr Səmədovun “Lokomotiv”dən ayrılmaq istəməsinə da münasibət bildirib: “Səmədov əsas heyətin üzvü idi və daim oynayırdı. Ancaq öz yolunu seçdi, getmək istədi. “Lokomotiv” heç vaxt kimisə məcbur saxlamayıb. Səmədovun öz fikirləri, öz məsləhətçiləri var. O, “Lokomotiv”i tərk etməyə qərar verdi. Klub da onu müqaviləsində göstərilən məbləğin qarşılığında satıb. Səmədov komandanın liderlərindən biri idi. Ona yalnız cərimə meydançasının daxilində daha aktiv davranmalı olduğunu demişəm. “Spartak”a nəyə görə keçmək istədiyini, həmin klubun ona görə tələb olunan məbləği ödəyib-ödəməyəcəyini bilmirəm. Bu, artıq Səmədovun problemidi, çünki qərarı özü verib. Biz 1 oyunçuya görə öz siyasətimizi dəyişə bilmərik. Yolumuza Səmədovsuz davam edəcəyik”.
mənbə:apasport.az