"Komandaya gələn kimi məni “qara siyahı”ya saldı” - Mahmudov
“Əvvəlki baş məşqçi Ervin Sançeslə münasibətim yaxşı deyildi”. Olimpsport.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının futbolçusu Emin Mahmudov deyib.
Portuqaliyanın “Boavişta” klubunda çıxış edən yarımmüdafiəçi bu ölkənin mətbuatına açıqlama verib. O, komandanın sabiq çalışdırıcısı Ervin Sançesi tənqid edib.
Mahmudov bildirib ki, boliviyalı çalışdırıcı ilə münasibəti yaxşı olmadığına görə onun dövründə ehtiyatda qalıb: “Bəlkə də, “Boavişta”ya keçidimdən Sançes xəbərsiz olub. Buna görə də, komandaya gələn kimi məni “qara siyahı”ya saldı”.
Emin “Boavişta”nın hazırkı çalışdırıcısı Migel Lil haqda isə müsbət fikirlər səsləndirib: “Çox güclü motivatordu. O, bizə daim qələbə arzulamağı və mübarizə zamanı təslim olmamağı tapşırır. Fikrimcə, onun rəhbərliyi altında “Boavişta” daha yaxşı çıxış edəcək”.