Pessalli B Seriyasında

"Neftçi"dən öz şəxsi istəyi ilə ayrılan braziliyalı yarımmüdafiəçi Jonas Enrike Pessallinin hansı kluba keçəcəyi bəlli olub.

 

Olimpsport.az xəbər verir ki, 26 yaşlı futbolçu Braziliyanın B Seriyasını Azərbaycan Premyer Liqasından üstün tutub. O, "Parana" klubunda çıxış edəcək.

 

Qeyd edək ki, oktyabrda "Neftçi" ilə müqavilə bağlamış Pessalli Azərbaycanda çıxış etdiyi 10 oyuna 4 qol vurmaq imkanı əldə etdi.