"Biz düz yolda olduğumuzdan əminik” - Canni İnfantino
“Mən indiyə kimi əminəm ki, dünya çempionatının final mərhələsində 32-dən çox komanda oynamalıdır. Biz turnirdə iştirakçıların sayının 40 və ya 48-ə çatdırılması istiqamətində fəaliyyətimizi davam etdiririk”.
Olimpsport.az xəbər verir ki, bu sözləri FİFA prezidenti Canni İnfantino “Football İtalia” nəşrinə müsahibəsində deyib: “Bütün milli federasiyalar 48 komanda ideyasını dəstəkləyir”.
O həmçinin deyib ki, gələcəkdə dünya çemoinatında videotəkrardan istifadə oluna bilər: “Klublararası dünya çempionatındakı testlər müsbət nəticə verdi. Ona görə də biz düz yolda olduğumuzdan əminik”.