“Qalatasaray” Hamit Altıntopla yolları ayırıb

“Qalatasaray” klubu futbolçusu Hamit Altıntopla yolları ayırıb.


Olimpsport.az xəbər verir ki, qarşılıqlı razılaşma yolu ilə 34 yaşlı yarımmüdafiəçinin müqaviləsinə xitam verilib.
Buna təcrübəli futbolçunun zəif çıxış etməsi səbəb olub. Uzun müddətdir oynamaq şansı qazanmadığından Altıntop özü də “Qalatatasaray”dan ayrılmağın tərəfdarı olub.
Qeyd edək ki, 2012-ci ildən İstanbul klubunda çıxış edən futbolçu 89 oyuna 4 qol vurub