“Neftçi” bu dəfə heç-heçə oynadı

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi” PFK hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Olimpsport.az saytının məlumatına görə, “ağ-qaralar” Rumıniyanın "CSMS İaşi” klubu ilə qarşılaşıb. Görüş 3:3 hesabı ilə nəticələnib. "Neftçi”nin qollarını Ruslan Qurbanov (34-cü dəqiqə), Elşən Abdullayev (57-ci dəqiqə) və Araz Abdullayev (86-cı dəqiqə) vurublar.

"Neftçi”: Krşevan Santini, Məqsəd İsayev, Vançe Şikov, Jairo, Dario Melnyak, Edson Kastilyo, Murad Ağayev, Rəhman Hacıyev, Araz Abdullayev, Ruslan Qurbanov, Elşən Abdullayev.

Sonradan meydana daxil olanlar: Rahil Məmmədov, Elvin Bədəlov, Kamal Qurbanov, Fəhmin Muradbəyli, Eltun Yaqublu, Orxan Qurbanlı, Aqşin Qurbanlı.