Millimizə şad xəbər

Bir müddətdir zədədən əziyyət çəkən 17 yaşadək futbolçulardan ibarət milli komandamızın aparıcı üzvü Hüseyin Seyliqlinin vəziyyəti yaxşılaşır.

Olimpsport.az saytının məlumatına görə, daha öncə “Trabzonspor”lu futbolçunun bərpa dövrünün 2 həftə çəkəcəyi gözlənilirdi. Lakin millimizin həkimlərinin səyi nəticəsində Seyliqli artıq yüngül qaçışa başlayıb. Qarşıdakı 2-3 gün ərzində gənc futbolçunun komanda ilə birgə məşqlərə başlayacağı gözlənilir.