“Zirə”dən daha bir transfer

“Zirə” növbəti transferini reallaşdırıb.

 Olimpsport.az saytının məlumatına görə, Adil Şükürovun komandası Milan Duriçlə güclənib. Serbiyalı yarımmüdafiəçi ilə iki illik müqavilə imzalanıb. Futbolçu ötən mövsüm Xorvatiyanın “İstra” klubunda oynayıb. Bundan əvvəl 3 il müddətində, 2013-2015-ci illərdə Serbiya təmsilçisi “Yaqodina”da çıxış edən Milan həmçinin, ölkəsində “Pekar” və Makedoniyada “Metallurq”un formasını geyinib.