Messiyə qarşı hörmətsizlik

"Barselona"nın futbolçusu Lionel Messinin ölkəsi Argentinanın paytaxtı Buenos Ayresdəki heykəlini dağıdıblar.

Olimpsport.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu, FİFA-nın təşkil etdiyi ilin ən yaxşı oyunçusunun adının açıqlamasından sonra baş verib.

Heykəli dağıdan şəxslərin kimliyi bəlli deyil.

Qeyd edək ki, Messinin Cənubi Amerika kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra milli karyerasını bitirdiyini açıqlaması yerli federasiyanı narahat etmişdi. Şəhər rəhbərliyi  onu fikrindən daşındırmaq üçün heykəlini ucaltmışdı.