"Trabzonspor"da işləri yolunda getməyən Ramil Şeydayevin gələcək taleyi müəyyənləşmək üzrədir.
Olimpsport.az "futbol11.az"a istinadən xəbər verir ki,gənc hücumçu karyerasını Çexiyada davam etdirəcək.
Danışıqlara təsir etməsin deyə, klubun adı hələlik gizli saxlanılır. Ancaq Şeydayevin Çexiya klubunda icarə əsasında çıxış edəcəyi dəqiqdi.
Xatırladaq ki, Ramil Şeydayev yayda "Zenit"dən "Trabzonspor"a transfer olunub.