“Qəbələ”nin daha bir üzvü Rio Olimpiadasına lisenziya qazandı

“Qəbələ” İdman Klubunun daha bir idmançısı Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Olimpsport.az saytının məlumatına görə, Kamran Şahsuvarlı buna Bakıda keçirilən boks üzrə Dünya Olimpiya Təsnifat Turnirində nail olub.

75 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz 1/4 finalda uduzsa da, onun uduzduğu Maykl Oreylli yarışın qalibi olduğundan Kamran 5-ci pilləni tutub. Bu da ona ilk “beşliy”in Rioya vəsiqə qazandığı çəki dərəcəsində Olimpiadada çıxış etmək hüququ verib.

Xatırladaq ki, Şahsuvarlıya qədər boksçu Lorenzo Sotomayor və cüdoçu Uşangi Kokauri Rioda mübarizə aparacaq Azərbaycan millisinin heyətində “Qəbələ”ni təmsil etmək hüququ qazanıb.

gabalafc.az