Azərbaycanlı futbolçunun “Spartak”a keçidi rəsmiləşib

Aleksandr Səmədovun “Spartak”a keçidi rəsmiləşib. Olimpsport.az xəbər verir ki, “Lokomotiv” Azərbaycan əsilli futbolçunun Moskvanın digər təmsilçisinə keçidinə razılıq verib.

 

Belə ki, klublar futbolçunun transfer qiymətində ortaq məxrəcə gələ biliblər.

 

“Spartak” rəhbərliyi Səmədova görə qarşı tərəfə öncə 2 milyon avro təklif edirdi. Lakin “dəmiryolçular” müqavilədə olan bəndə əsasən, futbolçunu 5 milyon avro qarşılığında buraxacaqlarını bildirmişdilər. Tərəflər sonda ortaq məxrəcə gələrək, 3,5 milyon avro məbləğə razılaşıblar.

 

Qeyd edək ki, “Spartak”la 2,5 illik müqavilə bağlayan Səmədov ilinə 1,8 milyon avro qazanacaq.