“Qəbələ” kimi komandaya qalib gəldiyimizə sevinirik”

“Qəbələ” ilə qarşılaşmaya müdafiədən başladıq. Amma xoşbəxtlikdən oyunda dönüş yaratdıq”. Olimpsport.az xəbər verir ki, bu sözləri Albaniyanın “Partizani” klubunun futbolçusu Qezim Krasniki deyib.

 

27 yaşlı müdafiəçi Antalyada keçirilən “Qəbələ” ilə yoxlama oyunu haqda fikirlərini açıqlayıb: “Buraxılan qoldan sonra rəqib qapısına iki dəfə yol tapıb qalib gəldik. Düşünürəm ki, düzgün yoldayıq və hazırlığın sonunadək istədiyimiz səviyyədə olacağıq. “Qəbələ” Azərbaycanda çempionluq uğrunda mübarizə aparır. Belə bir komandaya qalib gəldiyimiz üçün çox sevinirik”.

 

Qeyd edək ki, “Qəbələ”nin hesabı açdığı oyun Albaniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

mənbə:apasport.az