Avrokuboklarda parlayan afrikalılar
Bu gün start götürən Afrika Millətlər Kubokunun ilk oyunları ərəfəsində bu qitənin Avropadakı ən yaxşı təmsilçiləri açıqlanıb. Olimpsport.az xəbər verir ki, UEFA qitə kuboklarının rekordçu afrikalılarını müəyyənləşdirib.
Çempionlar Liqasında bu qitənin 3 təmsilçisi 75-dən çox oyun keçirib. Didye Droqba hamıdan çox – 94, Samuel Etoo 82, Maykl Essyen 84 matça çıxıb.
Qitənin ən nüfuzlu klub turnirində ən çox qol vuran da Droqbadı – 44 top. Etoo 33 qolla 2-ci, 17 dəfə fərqlənən Seydu Dumbia 3-cüdü.
Ümumilikdə isə avrokuboklarda Didye 50 top vurub. Etoo 48, liberiyalı Jorj Vea 35 dəfə qol sevinci yaşayıb.
Samuel oyun sayında Droqbani arxada qoyub. Etoo 113 matça çıxıbsa, Didyenin hesabında 102 matç var. O, hətta 111 avrokubok matçında çıxış edən Seydu Keytadan da geridədi.
mənbə:apasport.az