Azərbaycan millisinin üzvü erməni prezidentin klubunda

“Qəbələ”dən ayrılan millimizin üzvü Pavel Paşayev Ukraynanın “Stal” klubu ilə müqavilə imzalayıb.

 Olimpsport.az saytının məlumatına görə, adi hal kimi görünən transferdə olduqca maraqlı məqam var. Belə ki, Paşayevin anlaşdığı klubun prezidenti ermənidir. Söhbət Vardan İsraelyandan gedir. Yerevanda anadan olan İsraelyan daha əvvəl Donetsk “Metallurq”unda da rəsmi vəzifə tutub. 2015-ci ilin 19 noyabrından isə o, “Stal”ın prüzidentidir.

Qeyd edək ki, Pavel Paşayev Ukraynada doğulsa da, hazırda Azərbaycan millisinə mütəmadi olaraq dəvət alır.