AVRO-2016: Fransa, Almaniya və Belçika 1/4 finalda

Fransada keçirilən AVRO-2016-da bu gün 1/8 final mərhələsinin daha 3 oyunu baş tutub.

Olimpsport.az saytının məlumatına görə, meydan sahibləri ilə yanaşı, Almaniya və Belçika yığmaları da ən güclü 8 komanda sırasına yüksəliblər.

Fransa - İrlandiya 2:1

Qollar: Qrizmann 58; 61 – Brady 2 (pen)

Qırmızı vərəqə: Daff 66 (İrlandiya)

Almaniya - Slovakiya 3:0

Qollar: Boatenq 8, Qomez 43, Draksler 63

Qaçırılan penalti: Özil 13 (Almaniya)

Macarıstan - Belçika 0:4

Qollar: Alderveireld 10, Batşuayi 78, Azar 80, Karrasko 90+1