Reynaldo "Adanaspor"la 2.5 illi müqavilə imzaladı
"Qarabağ"ın futbolçusu Reynaldo dos Santos Silvanın Türkiyə Super Liqasında mübarizə aparan "Adanaspor" klubuna keçidi rəsmiləşib.
Olimpsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Adanaspor"' bununla üçüncü transferini realılaşdırıb. Ağdamın "Qarabağ" komandasında forma geyinən braziliyalı hücumçu Reynaldo dos Santos Silva ilə 2.5 illik müqavilə imzalanıb. 28 yaşında olan Reynaldo bundan əvvəl Belçikanın "Anderlext", "Westerlo", "Cercle Brugge" komandalarında oynayıb. O, "Qarabağ"da 4 mövsüm forma geyinib. Futbolçu bu mövsümdə "Qarabağ"da keçirdiyi oyunlarda 6 dəfə qapılara yol tapıb."
Reynaldo dos Santos Silva imza mərasimindən sonra bildirib ki, burada daha yaxşı işlər görməyə gəlib: "Adanaspor"da olmaqdan məmnunam. Bura köklü bir klubdur. Burada olduğum üçün çox xoşbəxdəm. Uzun illər Azərbaycanda yaşadım. Türkiyədə yad deyiləm, ikisi də qardaş ölkədir. Burada uğurlu olacağıma əminəm. Klubun rəhbəri Bayram Akgülə və transferimdə əməyi olan hər kəsə çox təşəkkür edirəm."